Azərbaycan Strateji Araşdırmalar Mərkəzi bəyanat yayıb
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi (AzSAM) Azərbaycan Respublikası vətəndaşlarının milli dövlətçiliyimiz və onun inkişafına yönələn bu kimi təxribatlara qarşı ayıq-sayıq olmalarını, dövlət orqanları tərəfindən bu təxribatların qarşısının alınmasını zəruri hesab edərək bəyan edir ki, Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycan türkü Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişafını dəstəkləyir.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzi bəyanat yayıb. Bəyanatda deyilir: İrandakı mövcud rejimin təxribatyönlü planlarını müəyyən edən və həyata keçirən hərbi-ideoloji terrorçu qurum olan Sepahe-pasdaran yarandığı gündən etibarən Orta Şərq, Mərkəzi Asiya və Güney Qafqaz regionunda dini fanatizmi yaymaq, yaratdığı terror şəbəkələri vasitəsilə ilə bölgənin və dünyanın təhlükəsizliyini təhdid etməklə məşğuldur. Dünyaya xomeyniçilik ideologiyasını ixrac etmək, nüvə silahına sahib olmaq, enerji resurslarını işğalçılıq siyasəti ilə ələ keçirmək istəyən bu hərbi-ideoloji qurum beynalxalq terror şəbəkəsini koordinə edir. Orta Şərqdə Hizbullah, Həmas, İslami Cihad kimi terror şəbəkələrini idarə edən Sepahe-pastaran eyni zamanda Orta Asiya və Güney Qafqaz bölgələrində iran molla rejiminin ideoloji və siyasi nüfuzunu artırmaq üçün təxribatyönlü planlar üzərində ciddiyyətlə çalışır, bu məqsədlə külli miqdarda vəsait xərcləyir. Bu gün İran rejiminin təxribatyönlü siyasət yürütdüyü bölgələrdən biri də həssas geopolitik və geostratejik əhəmiyyətə mallik olan Azərbaycan respublikasıdır. Mahiyyətcə demokratik dövlətlərə nifrət aşılayan, radikal terrorçu islamçılığa əsaslanan molla rejimi Azərbaycanın demokratik dünyəvi inkişafı ilə barışmır, orada radikal islama meylli qüvvələri öz bayrağı altına toplamaqla onlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.Azərbaycanda dini etiqad azadlığının olmasına baxmayaraq, son vaxlarda iranmeylli qüvvələr bir tərəfdən hicab məsələsini siyasi təzyiq metodu kimi gündəmə daşımağa çalışır, digər tərəfdən İrandan əldə etdikləri maliyyə qaynaqları hesabına silahlanmağa cəhd edərək Azərbaycan dövlətçiliyinə qarşı İranın gerçəkləşdirmək istədiyi təxribatçı planları həyata keçirmək istəyirlər. İnsanların dini inancından sui-istifadə edən bu qüvvələr molla rejiminin zorakılıq və cəhalət aşılayan metodlarını ”Allah” adına Azərbaycanda da tətbiq etmək istəyirlər. Bütün bunlar o halda baş verir ki, iran adlanan yerdə din və şəriət adıyla həyata keçirilən qəddarlıqlardan qurtulmaq istəyən, demokratik mühitin yaranmasını tələb edən insanlar ağır işgəncələrə, uzunmüddətli həbslərə və ölüm cəzalarına məruz qalmaqdadırlar. Elə buna görə də, terrorla qidalanan xomeyniçilik ideologiyasının yayılmasının qarşısı qətiyyətlə alınmalıdır. Güney Azərbaycanda yaşayan azərbaycan türkləri mövcud rejimin çirkin mahiyyətini dərk etdiyindən saxta farsçılığa və dini xürafata hələ 1979-cu il inqlabı dövründə ”yox” demiş, xomeyni ideologiyasına qarşı kəskin mövqe tutmuşlar. Bu gün də Güney Azərbaycanda gedən milli azadlıq hərəkatı İranın bugünki hakimiyyətinin anti-bəşəri siyasətinə kəskin etiraz bildirməkdə, bölgənin demokratikləşməsində hərəkətverici bir qüvvə kimi fəaliyyətini genişləndirməkdədir. Orada milli dövlətçilik şüurunun güclənməsi, Azərbaycan respublikasının müstəqilliyinin və inkişafının önəmsənilməsi, Azərbaycan prezidentinin dünyada yaşayan 50 milyon azərbaycanlının prezidenti olaraq qəbul edilməsi artıq günümüzün gerçəkliyidir. Bu gerçəkliklər rejimin Azərbaycana qarşı yürütdüyü təxribat planlarını sarsıldan ən önəmli məqamlardandır.
Politoloq Sadiq Isabeyli
Hiç yorum yok:
Yorum Gönder