Ermənistan xüsusi xidmət orqanlarının terrorçu təşkilatlarla əlaqələri Rusiyada, ABŞ-da və Qərbdə məlumdur.
PKK-ya “vor zakon” olan Ded Hasan ləqəbli (Usoyan) şəxs vasitəsi ilə Ermənistan üzərindən silahların ötürülməsi və bu silahlar vasitəsi ilə Bakı–Tbilisi–Ceyhan boru xəttində terror aktının da törədilməsi ictimayyətə bəllidir.
Artiq ermənilər Azərbaycanın iqtisadi qüvvəsindən qorxaraq hərbi sahədə güclənməsinin qarşısını almaq məqsədi ilə terrorçu təşkilatlarla daha sıx əməkdaşlıq edirlər.
General-mayor Hafiz Musayevin “Beynəlxalq terrorçuluğa qarşı mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin prinsip və xüsusiyyətləri” kitabında göstərdiyi faktlardan bəlli olur ki, ermənilərin də dəstək verdiyi terrorçular Azərbaycanda daha çox Qərb və ABŞ-ın maraqlarına zərbə vurmağa çalışırlar, dünyanın bir sıra ölkələrinin xüsusi xidmət orqanlarının beynəlxalq terrorçuluğa qarşı mübarizə üsullarına və beynəlxalq terrorçuluq cinayətinə qarşı regional mübarizədə kəşfiyyat və əks-kəşfiyyatın fəaliyyətinə nəzər salınaraq maraqlı təkliflər irəli sürülür, belə ki, beynəlxalq terrorçuluğa qarşı mübarizədə dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanlarının fəaliyyətinin daha da güclü şəkildə əlaqələndirilməsi üçün, Avropada və Amerikada daimi əsaslarla Beynəlxalq Agentura şəbəkəsindən istifadə etməklə Beynəlxalq Kəşfiyyatın yaradılması böyük əhəmiyyət kəsb edə bilər, və bu qurumun tərkibinə hansı dövlətin daxil olması isə könüllü olmalıdır.
Terrorçu təşkilatlar bilirlər ki, onlara qarşı mübarizə aparan ABŞ və Qərb İrak və Əfqanıstana daşınan yükün 30%-nı Azərbaycan üzərindən aparırlar. Terrorçuların fəaliyyəti Azərbaycandan çox bu yüklərin daşınmasının qarşısını almağa yönəlmişdir. Ermənistan və erməni diasporu terrorçuların fəaliyyətini ABŞ-ın maraqlarına zərbə vurmaqla Azərbaycanın üzərinə istiqamətləndirməyə çalışırlar.
ABŞ-da və Qərbdə yaşayan erməni diasporu bu ölkələrin hesabına var-dövlət sahibi oldular. Lakin Azərbaycana qarşı xəstə və manyak düşman siyasəti onları bəsləyən dövlətlərin maraqlarına zərbə vurmağa sövq edir.
ABŞ-da ifşa olunmuş erməni terror təşkilatlarının kömək göstərən erməni lobbisi üçün dost anlamı yoxdur. Erməni lobbisinin Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədi ilə ABŞ-ın maraqlarına da zərbə vurmağa hazır olduqları artıq subut olunmuşdur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bəyanətləri İrəvani sirkələməklə yanaşı ABŞ-dakı erməni lobbisini də ciddi narahat edir. Mətbuatdan gələn məlumatlardan bəllidir ki, ABŞ-dakı erməni lobbisinin terrorçu təşkilatlarla əlaqələri ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən ifşa olunmuşdur.
Müharibə yolu ilə torpaqlarını azad etməyə imkanları olan Azərbaycana Ermənistan və erməni lobbisi terrorçu təşkilatlarla əlaqələrindən istifadə edərək zərbə vurmağa çalışacaqlar. Bu zərbələrdən daha çox ABŞ və Qərb ölkələrinin maraqları ziyan çəkəcəkdir. Bunu ABŞ-ın və Qərbin siyasi elitası birmənalı şəkildə anlamalıdır.
Bir çox müsahibələrində Azərbaycan Rеspublikasının Milli Təhlükəsizlik Naziri Еldar Mahmudоv Azərbaycan xüsusi xidmət orqanlarının dünyanın ən güclü xüsusi xidmət orqanları ilə əlaqələrinin ən yüksək səviyyədə оlmasını bildirmiş, və həmçinin tеrrоrçu fəaliyyətdə şübhəli bilinərək hadisəni törətmiş şəхslər aşkar olunaraq, saхlanılması və еkstradisiya еdilməsi ilə bağlı bir çох misallar çəkmişdir.
Prezident Administrasiyasının rəhbəri akademik R.Mehdiyev cox haqlı olaraq yazır:
“Qloballaşma artıq bəşəriyyətə həqiqətən nəzərə carpacaq tohfələr vermiş, yeni inkişaf perspektivləri acmış və butovlukdə dunya tarixinin gedişini surətləndirmişdir. Bununla belə, hər bir nəhəng prosesdə olduğu kimi, qloballaşmanın da muasir dunyada muxtəlif, bəzən nihilist formalarda təzahur edən mənfi cəhətləri də vardır. Bu, ilk novbədə, ozunu “zəngin” və “yoxsul” olkələrin əhalisinin həyat səviyyəsindəki uyğunsuzluğun get-gedə artmasında gostərir”
Hiç yorum yok:
Yorum Gönder